​Qardaşının arvadını öldürdü, sonra intihar etdi - Abşeronda dəhşət

Baxış sayı:
2800

Abşeron rayonunda qətl hadisəsi baş verib.
Muxalifet.az APA-ya istinadən xəbər verir ki, hadisə Qaqarin küçəsi, bina 1 ünvanında qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü Aygünəş Kazımova yaşadığı mənzildə qayını ilə mübahisə edib. Daha sonra qayını onun boğazını bıçaqla kəsib. Hadisə nəticəsində A.Kazımova ölüb.
1963-cü il təvəllüdlü Allahverdiyev Fərhad Mürsəl oğlu Aygünəş Kazımovanı qətlə yetirdikdən sonra elə həmin bıçaqla özünə də ağır xəsarətlər yetirib. Xəstəxanaya aparılan F.Allahverdiyev orada dünyasını dəyişib.
Faktın təfərrüatlarını Abşeron rayon Prokurorluğu araşdırır.