​"Qarabağ"ın oyun günü 20 minə yaxın sərnişin daşınıb

Baxış sayı:
11668

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-“Arsenal” futbol qarşılaşması günü Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma ilə bağlı nəzərdə tutulan tədbirləri yerinə yetirib.
Agentlikdən bildirilib ki, oktyabrın 4-də keçirilən oyun günü Bakı Olimpiya Stadionundan müəyyən olunmuş istiqamətlərdə (metronun “Qara Qarayev”, “28 May” stansiyalarına) fəaliyyət göstərən ekspres xətt avtobusları ilə ümumilikdə 18265 sərnişin daşınıb. Prosesə 260 sərnişin avtobusu cəlb edilib.