Qarabağın işğalına etiraz etdi, AİLƏSİ QAZAXISTANDAN DEPORTASİYA OLUNDU - 9 yaşlı Mehdi yazır... - VİDEO

Baxış sayı:
9184

Ucar rayonu Bərgüşad kənd sakini Həsənov Mehdi Mais oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına maraqlı məktub daxil olub. Müəllif yazır ki, Qarabağın işğalına etiraz edərək rus dilində video-müracitə yaydığı üçün ailəsiz Qazaxıstandan deportasiya olunub:
“Mən Həsənov Mehdi Mais oğlu 13.07.2009-cu il tarixdə Ucar rayonunun Bərgüşad kəndində anadan olmuşam. İki yaşım olanda valideyinlərim Astarxana köçüb, orada işləyirdilər. 1-ci sinifə orada getmişəm.
Mən Qarabağın işğalına etiraz olaraq rus dilində video müraciətlərimi çəkib youtub.com-da paylaşdığım üçün bizi ailəliklə Astarxandan Azərbaycana deportasiya etdilər.
Hazırda Ucar rayonunun Dədə Qorqud küçəsində kirayədə yaşayırıq. Xocalı soyqırımının 26-cı il dönümü münasibəti ilə rus dilində etdiyim video müraciətimi saytınızda dərc etməyi xahiş edirəm.
Mən gələcəkdə zabit olacam. Arzum budur ki, tezliklə torpaqlarımızı düşməndən azad edək.
Allah şəhidlərimizə rəhmət eləsin!”.


Muxalifet.az