Qarabağda PR işləri SOROS-un keçmiş partnyoruna verilib? - Obamanın telefonundan işlətdiyini qeyd edirdi...

Baxış sayı:
3033

Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi 13.02.2024-cü il tarixində sifarişçi olduğu növbəti satınalmaya yekun vurub.

Bərpa, Tikinti və İdarəetmə Xidmətinin “Təbliğat işinin təşkili məqsədi ilə sosial media marketinq (SMM) xidmətlərinin satın alınması” lotu üzrə yekun vurulan satınalmanın məbləği 48.970 manat olub.

Satınalmada “SİNERGİ PARTNERŞİP” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1001326201) qalib elan edilib.

Bağlanmış müqaviləyə əsasən qalib elan edilən şirkət sifarişçiyə müxtəlif işlər üzrə 1-30 ay xidmət göstərəcək.

Görüləcək işlər əsasən siyahısında Sosial Media hesablarının idarəsi, təhlükəsizlik tədbirlərinin görülməsi və ümumi nəzarət, aylıq 15-20 postun hazırlanması, Postların kontentinin təyin edilməsi, mövzu başlıqları üzrə təsdiq aldıqdan sonra dizayn və kopiraytinq işlərinin aparılması, tam təsdiq edildikdə Timeplana əsasən paylaşılması, SMM xidməti (12 ay), Quruma birbaşa müraciət edən jurnalist, media qurumu işçiləri ilə əlaqəyə keçmək, tələbləri və istəkləri öyrənmək (30 ay), Qurum nümayəndələrindən gələn sorğuların cavablandırılmasında vasitəçi kimi çıxış etmək və digər xidmətlər yer alır.

Qalib elan edilən “SİNERGİ PARTNERŞİP” MMC 2008-ci ilin aprel ayında dövlət qeydiyyatına alınıb.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Nizami Nərimanov ev 87, mənzil 8 ünvanı, qanuni təmsilçisi isə Abbasov Rüfət Aydın oğludur.

Abbasov Rüfət Aydın oğlu 22 may 1984-cü ildə Bakıda anadan olub. Ali Diplomatiya Kollecinin Beynəlxalq Jurnalistika fakultəsinin və Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Müasibələr fakultəinin, eyni zamanda Amerika Dövlət Departamentinin Gələcəyin Liderleri Beynəlxalq Proqramının məzunudur.

Rüfət Ababsov əvvəllər “Azercell Telekom” MMC-nin mətbuat katibi vəzifəsində çalışıb.

Mediada dərc edilən məlumatda Rüfət Abbasovun Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin “Futures Leaders Visitors” proqramının məzunu, Dünya Səhiyyə Təşkilatının Ünsiyyət Şəbəkəsinin və Azərbaycan Media Mərkəzin İdarə Heyətinin üzvü olduğu, Britaniya hökumətinin maliyyə dəstəyi ilə British Council tərəfindən həyata keçirilən uzunmüddətli layihə çərçivəsində Azərbaycan regionlarında jurnalistlər üçün treninqlərdə mühazirəçi kimi çıxış edib.

Eyni zamanda PR mütəxəssisləri üçün treninq keçdiyi yazılır.

Onun həmçinin Soros Fondunun dəstəyi ilə jurnalist araşdırması layihəsini həyata keçirdiyi də yazılır.

Rüfət Abbasov mediaya müsahibəsində ABŞ-ın sabiq prezidenti Barak Obamanın telefonundan işlətdiyini qeyd edirdi./Arqument.az