"Qarabağda münaqişə yalnız sülh yolu ilə nizama salına bilər" - ANDJEY DUDA

"Qarabağda münaqişə yalnız sülh yolu ilə nizama salına bilər".
"Report"un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, bunu Polşa prezidenti Andjey Duda BMT-nin 72-ci Baş Assambleyası çərçivəsində Ermənistan prezidenti Serj Sarqsyanla görüşdə deyib.
"Polşanın bu məsələ ilə bağlı mövqeyi dəyişməz qalıb. Əminik ki, münaqişə sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində nizama salınmalıdır", - Polşa dövlət başçısı bildirib.