Qarabağda əbədi status-kvo? - “MOSKVA İSTƏNİLƏN VASİTƏ İLƏ MÜHARİBƏYƏ İMKAN VERMƏYƏCƏK...”

Baxış sayı:
2743

Moskvada Qarabağ probleminin nisbətən yaxın tezlikdə həll olunacağına dair illüziyalar yoxdur. Lakin indiki status-kvonun partlayışlara yol vermədən qorunub saxlanılması taktikası işləyir və bundan sonra da işləyəcək.

Virtualaz.org xəbər verir ki, bu fikirləri Yerevanda keçirilən diskussiyalar zamanı tanınmış rusiyalı politoloq, “Rusiya qlobal siyasətdə” jurnalının redaktoru Fyodr Lukyanov deyib.

Lukyanovun fikrincə Rusiya üçün Qarabağ münaqişəsi zonasında yeni eskalasiya heç bir halda sərfəli deyi və o, istənilən vasitə ilə belə ssenarinin qarşısını almağa çalışacaq.  Politoloqun sözlərinə görə, dondurlmuş münaqişə ona görə yaxşı deyil ki, onun həlli üçün həmişə şans var. Qarabağla bağlı isə periodik olaraq bu şansdan istifadə edilir.

“Rusiya bunu çox diqqətlə izləyir. Mən hesab edirəm ki, əgər prioritetləri formalaşdırsaq o zaman Rusiya üçün ən başlıcası orada müharibənin yenidən alovlanmamasıdır. Heç bir halda, heç bir şəraitdə Rusiyaya bu gərək deyil, sərfəli deyil”,-Lukyanov deyib.