Qarabağda Balasanyan və Babayan arasında gərginlik

Baxış sayı:
6580

Qarabağ "Təhlükəsizlik Şurasının" rəhbəri Vitali Balasanyan Qarabağ qüvvələrinin keçmiş komandanı Samvel Babayanı məğlubiyyət əhval-ruhiyyəsi yaymaqda ittiham edib. Balasanyanın sözlərinə görə, Babayan Qarabağın kəndlərini gəzir və beş rayonun Azərbaycana qaytarılması və Qarabağın Rusiyanın mandatı altına verilməsi planı haqqında danışır. Ermənistan KİV-lərinin məlumatına görə, Babayan Kəlbəcər və Laçından başqa digər rayonları təhvil vermək lazım gələcəyini iddia edir.
Balasanyanın sözlərinə görə, Samvel Babayanın əməlləri "insanlarda qorxu və öz qüvvələrinə inamsızlıq yaradır". O, həmçinin Babayanı erməniləri Azərbaycan ordusunun gücünə və Ermənistan tərəfin zəifliyinə inandırmağa çalışır.
"Qarabağ qəhrəmanı adını daşıyan bir insana belə məğlub davranış, o cümlədən Qarabağ hakimiyyətinin danışıqlar zamanı ərazi güzəştlərindən danışdığı haqqında yalan məlumatlar yaymaq yaraşmır", deyə Ermənistan KİV-ləri Balasanyandan sitat gətirir.