​Qarabağ üçün QIZĞIN MÜBARİZƏ: ABŞ, Türkiyə, Rusiya, İran və... - Ermənistan ŞOKDA

Baxış sayı:
3160

“Ermənistanda hakimiyyət dəyişikliyi beynəlxalq münasibətlərdə dramatik proseslərə təsadüf etdi. Xüsusilə regionda proseslər daha aktivdir. Türkiyədə, İranda, Səudiyyə ərəbistanında və regionun digər ölkələrində daxili proseslər geosiyasi amillərdən qaynaqlanır. Bu baxımdan, Ermənistanın daxili vəziyyətinə də beynəlxalq dəyişikliklər təsir edir”.
Muxalifet.az xəbər verir ki, bu barədə Ermənistanın “acnis” saytı yazıb.
Məqalədə qeyd olunur ki, Suriya müharibəsi Yaxın Şərqi silkələyir, Tramp “Hər şeydən əvvəl Amerika” şüarı ilı qloballaşmanı sual altına qoyur. Ticarət müharibələri qloballaşmanın dəyişməsinə gətirib çıxarır. Avropa İttifaqı vahid silahlı qüvvələr yaratmaq istəyir. Bütün bunları fonunda nəzəriyyəçilər beynəlxalq münasibətlərdə yeni qaydalarda, yaxud yeni dünya nizamından danışırlar. Həmçinin, yeni qlobal müharibə ehtimalı müzakirə predmetidir. Lakin regionumuzda lokal münaqişələr “hibrid” müharibələr formasında baş verir. Bütü bunların fonunda diqqətlər Dağlıq Qarabağa yönəlir. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Qarabağ münaqişəsini qlobal problem adlandırdı və Cənubi Qafqazı Vaşinqtonun maraq dairəsi elan etdi. Bu, təsadüfi sözlər deyil. Böyük ehtimalla, Rusiya, Türkiyə, İran, eləcə də regionda böyük və xırda oyunçular Qarabağ üzrə danışıqlara laqeyd qalmayacaqlar. Lakin diqqət çəkən məqam Ermənistanda seçki öncəsi siyasi partiyaların Qarabağla bağlı heç bir müzakirə aparmamasıdır. Bu, onu göstərir ki, partiyalar, bütövlükdə Ermənistanın siyasi fikri Qarabağ üzrə strategiyanı və taktikanı hazırlaya bilmədi”.