QARABAĞ «TƏNZİMLƏMƏSİ» LAVROVUN «İFASINDA» – ATƏT-in Baş katibi ilə birlikdə…

Baxış sayı:
10987

Rusiya KİV-nin məlumaına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ATƏT-in Baş katibi Tomas Qreminger gələn həftə Moskvada Dağlıq-Qarabağ tənzimləməsini müzakirə edəcəklər. Bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova aprelin 18-də keçirdiyi həftəlik brifinqdə xəbər verib.
Onun sözlərinə görə, görüş beynəlxalq təhlükəsizlik üzrə illik Moskva konfransı çərçivəsində baş tutacaq. Konfrans aprelin 24-də Moskva şəhərində keçiriləcək.
Dağlıq-Qarabağ münaqişəsinin tənzimlənməsi ətrafında irəli sürulən təklif tərəflərin özləri arasında, ərazi bütövlüyü, xalqarın öz müqəddəratını təyinetməsi və gücdən imtina olunması prinsipləri əsasında razılaşmanın tapılmasını nəzərdə tutur.
Bu barədə Serjey Lavrov aprelin 17-də Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının ötən bazar ertəsi Moskvada keçirdikləri danışıqları şərh edərkən bildirib.
Xatırladaq ki, Rusiya, Ermənistan və Azərbaycan XİN başçıları Sergey Lavrov, Zöhrab Mnasakanyan və Elmar Məmmədyarov, ATƏT Minsk qrupunu həmsədrləri İqor Popov (Rusiya), Endryü Şefer (ABŞ), Stefan Viskonti (Fransa) aprelin 15-də Qarabağ tənzimləməsi üzrə Moskvada keçirilən görüşün yekunlarına həsr olunmuş bəyanatla çıxış ediblər.

30737693227_2f77a9844e_b

«Martın 29-da Vyana şəhərində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşdə əldə olunmuş razılaşmanın inkişaf etdirilməsi qismində görüş iştirakçıları Azərbaycan-Ermənistan sərhədində və qoşuların təmas xəttindəki vəziyyəti, həm də humanitar sahədə qarşılıqlı fəaliyyətin qurulması məsələlərini müzakirə etdilər. Tənzimləmənin əsasını təşkil edən məsələlər barədə ətraflı fikir mübadiləsi oldu» – Ermənistan XİN-nin xəbərində belə deyilir.
Qeyd olunur ki, Ermənistan və Azərbaycan XİN-i Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində siyasi-diplomatik səylər göstərməyə hazır olduqlarını təsdiqləyiblər. Rusiya XİN başçısı Sergey Lavrov və ATƏT-n Minsk qrupunun həmsədrləri isə özlərinin bölgədə stabil sülhün bərqərar olmasına istiqamətlənmiş vasitəçilik missiyasını təsdiqləyiblər.
Beləliklə, son günlər Qarabağ münaqişəsinin nizamlanması ətrafında cərəyan edən proseslər göstərir ki, 1994-cü ildən üzübəri Ermənistanın «üç dostu» tərəfidən həyata keçirilən «danışıqlar» Azərbaycanı Ermənistan-Rusiya silahlı qüvvələri tərəfindən işğal edilmiş Qarabağ bölgəsindən 25 il məqsədli şəkildə «uzaqlaşdırıb». İndi isə bu «üçlüyə» daha birisi – milliyyətcə erməni olan Sergey Lavrov (Rusiyaın XİN naziri) qoşulub.
Belədə, düşünməli olursan: Üç «erməni dostu» və bir ermənidən ibarət «vasitəçilər qrupu» görəsən, danışıqları daha neçə il imtiasiya edəcəklər?!
Ümumiyyətlə, «vasitəçi»lərdən imtina etməyin və «Qordi düyünü»nü bir zərbə ilə parçalamağın vaxtı çatmayıbmı?
Axı, zaman işğalçıya işləyir…
azpolitika.info