“Qarabağ qaziləri”nin rəhbəri vəfat etdi - ETİMAD ƏSƏDOV BU GÜN DƏFN EDİLƏCƏK

Baxış sayı:
3541

“Qarabağ qaziləri” İctimai Birliyinin sədri, tanınmış ictimai xadim, I qrup Qarabağ qazisi Etimad Əsədov vəfat edib.

Muxalifet.az xəbər verir ki, bir müddətdir ağ ciyər xəstəliyindən əziyyət çəkən E.Əsədov bu gün səhər saatlarında dünyasını dəyişib.

O, bu gün Yeni Günəşli qəsəbəsindəki qəbiristanlıqda dəfn ediləcək.

Qeyd edək ki, E.Əsədov 836 saylı Ağdam ərazi özünü müdafiə batalyonunun tərkibində erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə ağır yaralanıb, bir ayağını itirib.

O, 1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə “Qarabağ qaziləri” İctimai Birliyinin sədri olub.

Allah rəhmət eləsin!