​ “Qarabağ məsələsi fərqli yollarla həll edilə bilər. Amma bir yol var MÜHARİBƏ…” – Ermənistan prezidenti

Baxış sayı:
4342

Ermənistan və Azərbaycan Dağlıq Qarabağ probleminin həllinə yönəlmiş tək doğru yanaşmanın - müzakirələrin gerçək bir nəticəyə gəlməsi üçün səy göstərməlidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Ermənistan prezidenti Armen Sarkisyan Gürcüstanın "Starvision" kanalına verdiyi müsahibədə deyib.
O bildirib ki, Dağlıq Qarabağ problemi Ermənistan və Azərbaycan arasındakı müharibənin sərhədlərini aşa bilər.
"Cənubi Qafqazda silah həddindən artıq çoxdur. Qarabağ məsələsi təkcə Azərbaycan üçün deyil, bütün bölgə və Ermənistan üçün önəmlidir. Bu problemin həlli fərqli yollarla edilə bilər. Amma mənə elə gəlir ki, gerçək olan tək bir yol var. Bu da ehtimalla müharibədir", - deyə Armen söyləyib.