​Qarabağ haqqında film bu ölkələrdə göstəriləcək

Baxış sayı:
12286

Qarabağ həqiqətləri ilə bağlı çəkilən "Son nəfəsədək" filmi İsveç və Yunanıstanda nümayiş olunacaq.
Bu barədə diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
“Film 23 iyun 2019-cu il tarixində İsveçin Höteborq şəhərində soydaşlarımız tərəfindən nümayiş olunacaq. Filmin əsas təşkilatçısı Höteborqda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və İdman Dərnəyidir. Filmin nümayişinə İsveç Azərbaycan Evi dəstək verəcək.
Film iyunun 25-də Yunanıstanda “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən də nümayiş olunacaq.
Digər ölkələrdə də təqdim olunması gözlənilir”, - E.Eltürk bildirib.
Eltürkün sözlərinə görə, əsas məqsəd xaricdə yaşayan soydaşlarımız arasında milli birliyin güclənməsi, gənclər arasında vətənpərvərlik ruhunun inkişafını sürətləndirməkdir:
“Həm də Qarabağ həqiqətləri bizi bir yumruq kimi birləşdirməlidir. “Son nəfəsədək” filmi də bizi buna səsləyir”.