Qarabağ futbolçusu Polşa mətbuatına nələr danışdı?

İndi biz "Çelsi", "Roma" və "Atletiko"ya qarşı oynayacağıq. Hər 3 klub Avropa nəhəngidir. Kağız üzərində bu komandalara qarşı heç bir şansımız yoxdur.
 
Bu sözləri “Qarabağ” FK-nun dayaq müdafiəçisi Yakub Jezniçak Polşa mətbuatına danışarkən deyib. Onun sözlərinə görə, “Qarabağ”ın qrupdakı vəziyyəti daha çətindir:
“Çempionlar Liqasına çıxıb tarix yazmışıq. Qrupdakı qələbə və ya heç-heçə isə bonus olacaq. Biz heç bir rəqibdən qorxmuruq. Baş məşqçimiz də komandadan cəsarətli oynamağı tələb edir. Çünki itiriləcək heç nəyimiz yoxdur. Hər bir futbolçu Çempionlar Liqasını xəyal edir. Hazırda məqsədimiz burada lazımı qədər rəqabət toplamaqdır. Müsbət enerji ilə meydana çıxıb oynayacağıq”.
Y.Jezniçak bildirib ki, Morata mənə "Real"la oyunlardan çox yaxşı tanışdır:
“Mən onu tanıdığım üçün sakit olacam. ÇL-də "Legiya" ilə 20 qol buraxdıq, amma özümü heç zaman aşağı hiss etmədim. "Borussiya"ya qarşı 4:8 uduzduğumuz oyun da bir təcrübə idi. İki ay əvvəl kimsə mənə yenidən ÇL-in qrup mərhələsində oynayacağımı desəydi, inanmazdım. Mən qısa müddət burda olsam da, əla xatirələrim var. Çempionlar Liqasında "Kopenhagen"ə qalib gəldikdən sonra dostlar mənə dedilər ki, Bakıda bizi anşlaq gözləyir. Azərbaycanda bunun sevincinin necə qeyd edildiyini görüncə təəccübləndim. İnsanlar avtomobillərlə, bayraqlarla şəhərdə bayram ab-havası yaratmışdılar. Hava limanında Bakıya düşdükdən sonra azarkeşlərin hücumuna uğradım. Onlarla birlikdə rəqs etdik”.
Futbolçu Polşa mətbuatına Prezident İlham Əliyevlə olan görüş barədə də danışıb.
“Azərbaycan Prezidenti ilə də çox gözəl görüşümüz oldu. Maraqlıdır ki, İlham Əliyev bizim hamımız haqqında nələrisə bilirdi. Tək-tək hamımıza necə oynadığımızı dedi. O, mənimlə söhbət edəndə Polşaya son səfərindən danışdı. Sonra oxudum ki, bizim üçün 2 milyon mükafat ayırıb. Bu da çox gözəl jest idi” – deyə futbolçu bildirib./axar.az