QAPALI GÖRÜŞ: Vergilər Nazirliyi qurum yaradır - QƏRAR

Baxış sayı:
4063

Vergilər Nazirliyi və sahibkarlar arasında biznes dairələrini birləşdirən şura yaradılır.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, ötən gün Hyatt Regency otelində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Vergilər Nazirliyinin təşkilatçılığı ilə sahibkarlarla qapalı görüş keçirilib.
Vergilər naziri Mikayıl Cabbarovun iştirak etdiyi görüşə Azərbaycan Banklar Assosiasiyası, Amerika Ticarət Palatası və ASK təmsilçiləri qatılıb.
Görüş zamanı sahibkar və iş adamlarını birləşdirən şuranın yaradılmasına qərar verilib.
Görüş barədə ASK-nın mətbuat xidməti ilə əlaqə saxladıq. Bildirdilər ki, tədbir qapalı keçirilib: "Bu barədə ASK heç bir məlumat verməyəcək. Yalnız Vergilər Nazirliyi informasiya verə bilər".