​"Qanunsuz referendumun nəticələri ləğv edilməsə..." - BAĞDADDAN ƏRBİLƏ ŞƏRT

Baxış sayı:
1076

Pavel Talabani kürdlərin mərkəzi fiquruna çevrilə bilər

Muxalifət.az xəbər verir ki, Mərkəzi İraq hökuməti İraq Kürd regional idarəsi ilə müzakirə masasına oturmaq üçün “hava limanlarının, sərhəd qapılarının və neft gəlirlərinin dövlətə qaytarılması, Peşmərgə qüvvələrinin 2003-cü ildə İraqın ABŞ-ı 2003-cü ildə işğal eləməsindən əvvəlki sərhədlərinə çəkilməsi və qanunsuz referendumun ləğv edilməsi” şərtlərini qəti şəkildə irəli sürüb. Əks halda Neçirvan Bərzani hökuməti ilə danışıqlar masasına keçməyəcəklər. Bu barədə açıqlamanı İraqın baş naziri Heydər əl-Abadi verib və geriyə addım atamayacağını qəti şəkildə ifadə edib. Əks halda başqa variantlar müzakirə ediləcək. Bu variantlardan biri bir müddət bundan əvvəl dünyasını dəyişən kürd əsilli keçmiş İraq prezidenti Cəlal Talabaninin oğlu Pavel Talabani ilə müzakirələr aparmaqdır. Paverl Talabani yanvarın 4-də gözlənilmədən Bağdada gələrək, Abadi ilə birlikdə mətbuata qapalı görüş keçirmişdi.