Qan donduran xəbər: 50 qadın öldürüldü!

Baxış sayı:
6478

Suriyadakı İŞİD terror təşkilatı Bağoz-dakı son qalada, 50 Yezidi qadını qətl edib.
 
Suriyada terror təşkilatının İŞİD-ın olduğu Bağozda Yezidilər xilas edilib və bir çox Yezidilər də terrorçular tərəfindən öldürülüb. Bagozda toplu bir məzarlıq aşkar edilib. Məzarlıqda yaxın günlərdə dəfn edilmiş 50 Yezidi qadının cəsədləri müəyyən olunub.
Rusiya mətbuatında yayımlanan xəbərlərə görə, İŞİD Tərəfindən Qaçırılanların Xilasetmə Təşkilatının sədri Hüseyn Əl Kaidi Bagozda 50 Yezidi qadının başlarının kəsilərək öldürüldüyünü söyləyib.
Müxalifət.az