Qan donduran hadisə! Başını kəsib futbol oynadılar, məhkəmə isə...

Baxış sayı:
6046

 Rusiyanın Sverdlovsk şəhərində 1 nəfərin başını kəsərək futbol oynayan 2 nəfər məhkəmə tərəfindən yalnız 12 il cəza alanda, Ruslar məhkəmə qərarına böyük təpki göstərib.
 
Ötən avqust ayında baş verən hadisədə 2 nəfər 36 yaşlı Oleq Tyulkini vəhşicəsinə öldürərək əvvəl başını kəsiblər, sonra bədənini hissələrə bölüblər. Gecə törətdikləri cinayətin fotoşəkillərini çəkib, internetdə dostlarına göndərən canilər, sübh olunca Sverdlovsk şəhərində yerləşən boş ərazidə kəsdikləri başla futbol oynamağa başlayıblar. Əraziyə gələn balaca uşaqlar canilərin bir başla oynadıqlarını gördükdə ərazidən qaçıb, Valideynlərinə vəziyyəti danışıblar. Hadisəni polisə bildirdikdən sonra polis qrupları ərazidəki şəxsləri nəzarətə alıb, kəsik başı isə hüquq tibb mərkəzinə aparıblar.
Polis kəsik başı hüquq ekspertiza mərkəzinə göndərdikdən sonra canilərin evində apardıqları axtarışda cəsədin digər orqanlarını parçalanmış halda tapıblar. Cinayəti törədənlər üzərində aparılan araşdırmada cinayət zamanı narkotik istifadə etdikləri və tələ quraraq başqa bir yoldaşlarını çağıraraq vəhşicəsinə öldürdükləri məlum olub. Yaxalanandan sonra həbsxanaya göndərilən şəxslər məhkəməyə çıxarılıb. Şəxslər narkotikanın təsiri ilə cinayət işləmiş ola biləcəklərini, amma cinayəti törətdiklərini xatırlamadıqlarını söyləyib. Vəkilin müdafiəsindən sonra məhkəmə cinayəti törədənlər haqqında 12 il həbs cəzası verib. Bu xəbər bütün Rusiyada narazılıqla qarşılaşıb və şəxslərin cəzalarının kassasiya edilməsi və ədalətli cəza alması üçün işlər başlanılıb.
Müxalifət.az