Qalmaqal qərar: İNGİLİS TERRORÇUYA BƏRAƏT VERİLDİ

Baxış sayı:
2971

İngiltərə məhkəməsi terror təşkilatı PKK-nın Suriya qolu YPG-yə qoşulan keçmiş İngilis hərbçisi Ceyms Mettyuz haqqında bəraət qərarı verib.
 
Qeyd edək ki, 43 yaşlı Mettyuz, İraq və Suriyaya gedərək "terrorizm təlimi almaqla" ittiham edilirdi. Mettyuz, noyabr ayında Old Bailey Məhkəməsində hakim qarşısına çıxacaqdı. Amma dosyenin prokuroru Tom Little dünən məhkəməyə "dəlil çatışmamazlığı" iddiası ilə Metyuzun məhkum olunmasının mümkün olmadığını deyib. Bundan sonra hakim Endryu Edis, Metyuzun günahsız olduğuna hökm edib.
 
İNGİLİSLƏR TERROR CƏRGƏLƏRİNDƏ
 
Cinayət işinin açılmasından sonra “İndependent” saytına danışan Mettyuz, Facebookda bir qadının kəsilmiş başını əlində tutan bir İŞİD üzvünün fotosunu gördükdən sonra YPG-yə qoşulmağa qərar verdiyini iddia etmişdi. Mettyuz, YPG-yə qatılmadan öncə Səudiyyə Ərəbistanında əsgərlərə ingilis dili öyrətdiyini bildirmişdi. İngiltərədən YPG-yə qoşulmaq üçün gedənlərin sayının 100 nəfər olduğu təxmin edilir. İŞİD-ə qoşulanların ingilislərin sayı isə 800-dən çoxdur.
Müxalifət.az