Qalmaqal: Çevrilişçi generala verilən raketlər Fransaya aid çıxdı

Baxış sayı:
10237

Liviyada qanuni hökuməti devirməyə çalışan Xəlifə Hafter qüvvələrinin cəbbəxanasından ABŞ mənşəli raketlər çıxıb. Bu raketlərin Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) satıldığı düşünülürdü, ancaq 2010-cu ildə Fransaya satıldığı və Parisin inventarında yer aldığı müəyyən olunub. Fransız səlahiyyətlilər 'anbarlara qoymuşduq və onlar xarab olanlardır' dedisə də raketərin tapıldığı zaman yenicə qutularından çıxarıldığı bilinir.
 
Bu haqda “The News York Times” qəzeti öz səhifələrində yazaraq bu hadisəni ifşa edib.
Fransız ordusundan edilən bir açıqlamada, raketlərin ABŞ-dan satın alındığı, lakin Liviya müharibəsində tərəflərdən hər hansı birinə satılmadığı, ya da təhvil verilmədiyini söyləyib.
Qeyd edək ki, hər birinin 170.000 dollar qiyməti olan Amerikan malı dörd Javelin tank əleyhinə raketlər paytaxt Tripolinin cənubundakı Giryan-da ələ keçirilmişdi.
ABŞ Senatının Xarici Əlaqələr Komitəsi də hadisə ilə əlaqədar Vaşinqton rəhbərliyindən Liviyada ortaya çıxan Amerikan silahlarının araşdırılmasını istəmişdi.
Bundan sonra BƏƏ Xarici İşlər Nazirliyi 3 iyulda yayımladığı açıqlamada, "BƏƏ Liviyada aşkar edilən silahların mülkiyyətinin onlara məxsus olduğunu qəti olaraq rədd etməkdədir və BMT mütəxəssisləriylə tam bir əməkdaşlığa bağlı olduğunu vurğulamaqdadır" deyilib.
 
O RAKETLƏR FRANSA İNVENTARINDAYDI
 
“The News York Times”-ın (NYT) dünən bəyan etdiyi xəbərdə, ABŞ Xarici İşlər Nazirliyinin raketlərin ardıcıl nömrələrini və digər məlumatlarını istifadə edərək ötən bir neçə gün boyunca araşdırma apardığı və BƏƏ-yə deyil, "General Hafterin güclü bir dəstəkçisi olan" Fransaya satıldıqları nəticəsinə varıb. Qəzet bu nöqtədə Fransaya 2010-cu ildə edilən satışın Müdafiə  Təhlükəsizlik Əməkdaşlıq Təşkilatının internet saytından bəyan edildiyi yazını xatırladıb.
Müxalifət.az