​“Qalatasaray”ın matçında oyunçu ölümdən döndü

Baxış sayı:
1624

Türkiyə Super liqasında keçirilən “Kasımpaşa” - “Qalatasaray” matçında qorxulu anlar yaşanıb.
Muxalifet.az xəbər verir ki, "Qalatasaray"ın fransız ulduzu Bafetimbi Qomis oyun zamanı huşunu itirərək yerə yıxılıb.
Tibbi personal dərhal müdaxilə edərək, futbolçunu ayıltmağa müvəffəq olublar. Bir müddət meydandan kənarda qalan Qomis daha sonra oyuna davam edib.