“Qalatasaray” Fatih Terimlə 5 illik müqavilə imzaladı

Baxış sayı:
9490

Türkiyənin "Qalatasaray” klubu baş məşqçisi Fatih Terimlə müqaviləni uzadıb.
BakuPost xəbər verir ki, 66 yaşlı mütəxəssis daha 5 il İstanbul təmsilçisini çalışdıracaq.
Onunla yeni anlaşma 2024-cü ilədək nəzərdə tutulub. F.Terim bu müddətdə ildə 3 milyon avro qazanacaq.
"Qalatasaray” rəhbərliyi yaxın günlərdə müqaviləni Türkiyə Futbol Federasiyasında qeydiyyatdan keçirəcək.
Qeyd edək ki, 2017-ci ilin dekabrında kluba qayıdan F.Terim "sarı-qırmızılar”la 1,5 illik müqavilə imzalamışdı.