Qafqazda ən böyük kriminal laboratoriya yaradılacaq

Baxış sayı:
4675

Gürcüstanda Qafqazın ən böyük kriminal laboratoriyası yaradılacaq.

ONA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın daxili işlər naziri Giorgi Qaxariya parlamentin plenar iclasındakı çıxışında məlumat verib.

Nazir bildirib ki, Tiflisdə fəaliyyət göstərəcək laboratoriya Daxili İşlər Nazirliyi ilə yanaşı, digər təhqiqat qurumlarının da istifadəsində olacaq. Yeni laboratoriyada yüksək dəqiqliyə malik ballistik testlər, eləcə də DNT analizi aparmaq mümkün olacaq.