Qadınlara təcavüz və ayaqlarının altını kəsmişlər: PKK VƏHŞİLİYİ

Baxış sayı:
5605

Afrində sağ olaraq yaxalanan terror təşkilatı PKK/YPG-li terrorçular, dinc əhaliyə etdikləri zülmü etiraf edib: “Pullarını alıb başlarından vurduq. Qaçmasınlar deyə, qadınların ayaqlarının altını kəsdik”.
 
Afrində sağ olaraq yaxalanan terrorçuların verdiyi ifadələr qan dondurub. Terror təşkilatı PKK/YPG-li terrorçular bölgə xalqına qurduqları alçaq tələləri və törətdikləri ağlasığmaz işgəncələri etiraf edib. Son 10 gündə xalqın, Kafer Çil, Birka, Alicaro və Hamoraco yaşayış yerlərində təslim etdiyi, 2-si qadın olmaqla, 8 terrorçu, xalqa necə zülm etdiklərinin təfərrüatını söyləyib:
Dəlil Rojova: "Bizə “Bizim yanımızda deyil, Türkiyənin yanında yer alanları uşaq-böyük demədən güllələyin göstərişi verildi. Bir neçəsinin ayaqlarına bomba bağlayıb və hər kəsin görəcəyi yerdə uzaqdan pultla partladın ki, ibrət olsun, deyə, deyildi. Sonlarının belə olacağını görüb, yanımızda yer alsınlar, deyə, bildirdilər".
 
4-ü UŞAQ OLMAQLA, 11 NƏFƏRİ VURDU
 
Bədr Afrin: "Türk əsgəri sərhəddən içəri daxil olanda başımızdakı Velat Temir bizə “Sizin yanınızda olmayanların ağlamasına əhəmiyyət verməyin. Siz onlara rəhm etsəniz, mən də sizə yazığım gəlməz, başınıza güllə vuraram, dedi".
Həmzə Sipan: "Afrinin girişində 80 nəfərlik qrupu toplayan Əhməd Baran kod adlı terrorçu, “Arxanızda yaralı buraxmayın. Lüləni qarnına dayayın və tətiyi basın - deyə, tapşırıq verdi".
Numan Zehlen: "Cinderesinden 20 yoldaş bizi Afrinə göndərdilər. Yollara mina döşəyin. Üzərilərinə əl istehsalı partlayıcı atın. Xalqın bölgəni tərk etməsinə əsla imkan verməyin, dedilər. Mən atəş etmədim, amma 2-si qadın, 4-ü uşaq, toplam 11 mülki şəxsiyanımdakı Argeş Cano kod adlı terrorçu güllələdi".
Şiyar Əl Rəcəb: "Kənar məhəllələrin birində əşyalarını motosikletə yükləmiş getməyə hazırlaşan ailəni getməməyə razı sala bilmədik. Üzərilərində olan pul və 2 qızılı aldıqdan sonra başlarından güllələdik. Başqa bir evdə isə kişilər yox idi. Yanımda duran adamlar qadınlar qaçmasın deyə, ayaqlarının altını bıçaqla kəsdilər".
 
QARININ NƏVƏSİNƏ TƏCAVÜZ
 
Hogir Şehə: "3 il əvvəl damında olduğumuz evin içinə girdik. Yaşlı bir qadın ilə nəvəm dediyi 14-16 yaşlarında bir qız vardı. Yaşlı qadın, Türk hərbçiləri gələcək. Sizdən xilas olacağıq - deyəndə, yanımdakı, yaşlı qadının nəvəsini dama çıxardı. Yuxarı çıxıb baxanda, qızı çılpaq, boğazına kəmər bağlanmış cansız vəziyyətdə gördüm. Niyə etdin deyə, sorduğumda məni öldürməklə təhdid etdi".
Müxalifət.az