​Qadın məhkəməyə verdiyi qonşusu tərəfindən döyüldü

Baxış sayı:
7567

Sumqayıt şəhərində qadın qonşusu tərəfindən döyülüb.
 
"Report"un məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.
 
Belə ki, Sumqayıt şəhər sakini, 1972-ci il təvəllüdlü Pərvanə Hüseyn qızı Dadaşova onunla qonşuluqda yaşayan qadın tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən P.Dadaşovanın vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
 
Məlumata görə, hadisəyə səbəb qonşular arasında uzun müddətdir davam edən ədavət və P.Dadaşovanın məhkəməyə müraciət etməsi olub.
 
Faktla bağlı araşdırma aparılır.