“Qaçqınkom” sədri haqda sensasion faktlar onu “liderliyə” yüksəltdi – ƏLİ HƏSƏNOV ÖTƏN HƏFTƏ MEDİANIN HƏDƏFİNDƏ OLDU

ATU-nun rektoru Akif Süleymanov ikinci, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov isə üçüncü yeri tutur 

Baxış sayı:
13840

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, 27 noyabr – 03 dekabr 2017-ci il tarixlərində elektron mətbuatda ən çox ad hallanan vəzifəli şəxs  yenə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov olub.  Onun barəsində ““Qaçqınkom” sədri Əli Həsənovun nəvəsi ilə bağlı mediaya “vəhy” gəlib?” “Əli Həsənova qarşı şok korrupsiya ittihamı - Almaniyada şəhərcik salıb” adlı 2 müxtəlif adlı yazı 10 elektron KİV-də işıqlandırılıb.

Mətbuatda ən çox ad hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri “Texnologiya Universitetində şərlənən kompüter mütəxəssisi müsahibə verdi…” “Texnologiya Universitetinin rektoru haqqında şok iddialar:“Öz dostunun müəllim qızından şantaj aləti kimi istifadə edir” –adlı 2 müxtəlif adlı, lakin eyni məzmunlu məqalənin 9 elektron KİV-də yayılması ilə Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov tutur. 

Nəhayət, adı ən çox hallanan vəzifəli şəxslər siyahısında 3-ci yeri isə “SƏLİM MÜSLÜMOVun gizlətməyə çalışdığı həbs həyatı və plagiat elmi iş” –adlı  məqalənin  7 elektron KİV-də yayılması ilə Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tutur. 

Muxalifet.az