Qabil Hüseynli Putinin “multfilm” silahlarından danışdı: “Təəssüf ki, əhalisi acından ölür, amma pulu silaha xərcləyir”

Baxış sayı:
4999

Ötən həftə Rusiya prezidenti Vladimir Putinin Federal Şuranın toplantısında çıxışı və ordan Qərbə verdiyi mesajlar dünya mediasının gündəminə çevrilib.
Rusiya prezidentinin çıxışında “Kinjal” (Xəncər) səsdən iti sürətli aviasiya raket kompleksi barədə səsləndirdiyi bir məqam isə xüsusilə diqqəti cəlb edib. Onun bildirdiyinə görə, səsdən daha sürətli hərəkət edən “Kinjal” Rusiya Hava Qüvvələrinin istifadəsi üçün nəzərdə tutulub və ölkənin cənubunda yerləşən aviabazalara göndərilib..
Rusiya NATO ilə mübarizəni ölkənin qərb sərhədlərində aparmasına rəğmən, Putinin “Kinjal” raket kompleksinin ölkənin cənub hərbi aviabazlarına yerləşdirməsi maraq doğurur. Nəzərə alsaq ki, Azərbaycan da Rusiyanın cənub qonşusudur, bu tip raketlərdən ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edilə bilərmi?
 
“İndi Putin çox pis vəziyyətdədir”
 
“Hürriyyət”in sullarını cavablandıran keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynlinin fikrincə, nigaranlıq üçün əsas yoxdur. Çünki Putinin seçkiqabağı kampaniya ilə bağlı olan tədbirdə çıxışı tamamilə şou xarakeri daşıyırdı: “Onun qeyd etdiyi “Sarmat” qitələrarası ballistik raket sistemi ümumiyyətlə mövcud deyil. Orada göstərilən videomateriallar da multiplikasiya tipli bir şey idi. Guya, Putin deyib ki, həmin silahların mühərriki nüvə ilə işləyəcək. Rusiya uzun müddət mühərriki nüvə ilə işləyən raket yarada bilməyəcək. Onu baş qərargahın rəisi aldadıb və bununla Qərbi təhdid etmək istəyib. Qərb Rusiyanın silah arsenlını özündən yaxşı bilir. Hələ ki, Rusiya Sovet dövründə layihələndirilmiş silah istehalı və onun təkmilləşdirilməsi ilə məşğuldur, yeni bir silah növü yarada bilmir. Bu, birmənalıdır. Sonradan meydana çıxdı ki, belə silahların ən azı 20-30 ilə qədər hazırlanması mümkün deyil. İndi Putin çox pis vəziyyətdədir, ən çox öz ölkəsi tərəfindən tənqid edilir. Ona görə də bununla bağlı Azərbaycanın haqqında heç danışmağa dəyməz”.
 
“Əhalisi acından ölür, amma pulu silaha xərcləyir”
 
Q. Hüseynli qeyd etdi ki, Rusiya sağ-solunu tanıyan ölkə deyil: “Rusiya təkcə NATO ilə döyüşmək fikrindədir ki?! Onun doktinasından biri də post-Sovet məkanını özünə tabe etməkdən ibarətdir. Bütün bunları nəzərə alaraq həmin silah, yəni “Kinjal”lar Orta Asiya respublikalarında, Baykal bölgəsində, eyni zamanda Primoriya sərhəddində Yaponiya və Çinə qarşı yerləşdirilir. Ona görə Rusiya bütün sərhədlərini bü cür silahlarla təchiz etməyə başlayıb. Bu da sürətlə silahlanmasının elementlərindən biridir. Təəssüf ki, əhalisi acından ölür, amma pulu silaha xərcləyir və o silahların da çoxu yarasızdır, günün tələblərinə uyğun deyil”.