“PYD/PKK-nın kökünü kəsəcəyik” – ASO komandiri

Baxış sayı:
3919

Suriyanın Azez bölgəsindəki Azad Suriya Ordusu(ASO) birliklərindən 23-cü polk komandirlərindən Məhəmməd Semir Birej, Fəratın şərqinə qarşı əməliyyatda iştirak etməyi və sərhəd xəttini terror təşkilatı PYD/PKK-dan təmizləmək istədiklərini deyib.
 
Türkiyənin keçirdiyi “Fərat Qalxanı” və “Zeytun Budağı” Hərəkatına qoşulduqlarını xatırladan Birej, hər iki hərəkat ilə Cerablus ilə Afrin arasında regionun terror təşkilatlarından təmizləndiyini deyib. TSQ-nin keçirdiyi hərəkatlar ilə terrordan təmizlənilən bölgələrə geri dönüşlərin təmin olunduğunu və əmin-amanlığın hakim olduğunu deyən Birej, indi istəklərinin Fəratın şərqinin da oxşar şəkildə təmizlənməsi olduğunu qeyd edib.
23-cü polk olaraq TSQ-nin keçirəcəyi hər cür hərəkata töhfə vermək istədiklərini dilə gətirən Birej, "Türkiyə yanımızda olsa, Afrin-də olduğu kimi, Münbiç və Tel Rifat bölgələrini də terror təşkilatı PYD/PKK-nın işğalından azad edərik. Bir an öncə Fərat ın şərqinin terrorçulardan təmizlənməsini istəyirik. 23-cü polk və digər ASO qruplarının hamısı terror təşkilatı PYD/PKK-nın kökünü kəsmək istəyir" deyə bildirib.
Müxalifət.az