​Pxenyandan sərt tələb: ABŞ-ı ölkədən çıxarın...

Şimali Koreya rəsmi Seulu ABŞ-la müdafiə ittifaqından çıxmağa çağırıb.
Bu barədə “Nodon Sinmun” qəzeti informasiya yayıb.
Pxenyan Cənubi Koreyanın ittifaqdan çıxmalı və ABŞ-ı ölkədən getməyə məcbur etməli olduğunu bildirib. Məhz həmin ittifaq sayəsində ABŞ-ın yarımadada strateji silahlar yerləşdirməsinə zəmin yaranıb.
“Bu istənilən an müharibənin başlaya biləcəyi regionun təhlükəsizliyinə ciddi təhdiddir”, - bəyanatda deyilir.
Qeyd edək ki, ABŞ-la Cənubi Koreya arasında müdafiə sahəsində əməkdaşlıqla bağlı razılaşma Koreya müharibəsinin (1950-1953) başa çatmasından sonra imzalanıb.