​Pxenyan öz şəhərini RAKETLƏ VURDU

Baxış sayı:
872

Şimali Koreyanın 29 aprel 2017-ci ildə keçirdiyi ballistik raket sınağı uğursuzluqla başa çatıbmış.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı ABŞ-ın “Diplomat” jurnalı yayıb. Jurnalın iddiasına görə, sınağı uğursuzluqla başa çatan raket Xvason-12 olub. Belə ki, bu raket buraxıldıqdan sonra Tokçxon şəhərinə düşüb. Nəticədə şəhərin sənaye və kənd təsərüffatı sahəsinə ciddi ziyan dəyib.
Raketin cəmi 70 kilometr məsafə uçduqdan sonra yerə düşdüyü bildirilib. Jurnal insident nəticəsində nə qədər insanın öldüyünü açıqlamayıb.