​PUTİNİN YENİ DÖVR PLANLARI: Silahlanma yarışında geri addım

Baxış sayı:
2782

Vladimir Putin dünyanın bir çox ölkələri, o cümlədən ABŞ və Avropa ilə əlaqələri inkişaf etdirmək istəyir.
Bu sözləri Kreml sözçüsü Dmitri Peskov RT telekanalına ölkə başçısının xarici siyasət planları barədə müsahibəsi zamanı deyib.
 “Putinin anlayışında xarici siyasətin əsas məqsədi daxili vəzifələri yerinə yetirmək üçün rahat bir mühit təmin etməkdir. Buna görə prezidentin diplomatik dəstəyə ehtiyacı var. Rusiya silahlanma yarışında iştirak etmək niyyətində deyil və hərbi xərcləri azaltmağı planlaşdırır. Beynəlxalq münasibətlərdə isə getdikcə "soyuq müharibə" elementlərinin daha çox təzahürü yaranır”, - Peskov bildirib.
Qeyd edək ki, Vladimir Putin 18 mart tarixində keçirilən seçkilərdə növbəti müddətə Rusiya Federasiyasının prezidenti seçilib./axar/