​Putinin Trampdan umduqları: ABŞ lideri Kremlə şanslar verir

Baxış sayı:
5242

İqtisadi problemlərinə rəğmən Rusiya Prezidenti Vladimir Putin ciddi geosiyasi ambisiyalara malikdir.
Muxalifət.az xəbər verir ki, “Blomberq” Putin bu ambisiyalarının nə dərəcədə ciddi olduğunu ABŞ-dakı seçkiyə müdaxiləsi, həmçinin, Suriya müharibəsində iştirakı ilə sübut etdiyini yazıb.
Məqalədə iddi edilib ki, Kreml xüsusi xərcləmələr etmədən ciddi geosiyasi sürprizlər ortaya çıxara bilir:
 “Putin öz xarici siyasətinin maliyyələşdirilməsində Qərbin ciddi müqaviməti ilə qarşılaşdı. Məsələn, Fransa və Almaniyada rusiyayönlü namizədləri qalib etmək cəhdləri uğursuzluğa düçar oldu. Lakin Putin Avstriya və Çexiya kimi ölkələrdə qələbəsini təmin edə bildi. Onun qələbə qazandığı ölkələr sırasında həmçinin Bolqarıstan, Serbiya, Macarıstan və Britaniya da var. ABŞ Prezidenti Donald Tramp isə Kremlin bütün gözləntilərini icra edə bilmədi. Lakin Trampın ABŞ-ın yaxın müttəfiqləri ilə münasibətlərini pisləşdirməsi Rusiya üçün böyük imkanlar yaratdı”.