PUTİNİN İDEOLOQU: "Türkiyə, Rusiya və İran Avrasaya pul vahidinə keçməlidir"

Baxış sayı:
6877

Muxalifət.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin strategiyaçısı, Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri, Kremlin ideoloqu kimi tanınan politoloq Aleksandr Duqin Rusiya, Türkiyə və İranın Avrasiya pul vahidinə keçməsinin lazım olduğunu bəyan edib: “Yaxin zamanda üç ölkənin vahid pul vahidi olacaqdır”.
40-dan artıq kitabın müəllifi olan filosof Antalya Bələdiyyəsi ilə Beynəlxalq Əməkdaşlıq Platformasının birgə təşkilatçılığı ilə keçirilən “Yüksələn Avrasiyada Türkiyə-Rusiya Əlaqələrinin Gələcəyi” adlı Antalya görüşündə çıxışında deyib: “Avrasya pul vahidi layihəsinin yaxın dövrdə həyata keçə biləcəyini düşünürəm. Qazaxıstan çoxqütblü pul vahidi barəsində mövqeyini bildirib. Çin cəbhəsində “altın yuan” layihəsi mövcüddür. Avrasiya, islami pul vahidi kimi məsələlər müzakirə edilir. Neft və təbii qaz ticarətində ABŞ dolları istifadəsindən vaz keçmək məcburiyyətindəyik. Rusiya, İran və Türkiyə Amerikadakı qızıllarını gətirərək yeni pul vahidi yaratmalıdırlar. Bunun yaxın gələcəkdə baş verəcəyini düşünürəm”.
Avrasiya pul vahidi məsələsi uzun müddətdir müzakirə edilir. Rusiya prezidenti Vladimir Putin ötən il Avrasiya İqtisadi İttifaqının Qazaxıstanın paytaxtı Astanada keçirilən sammitdə ortaq pul vahidindən istifadə edilməsini təklif edib. Putin “Çiyin-çiyinə” hərəkət edərək, xarici ticarət və maliyyə təhdidlərə daha rahat duruş gətirə biləcəklərini bildirmişdi. Aprel ayının ikinci həftəsində prezident Ərdoğan beynəlxalq valyutanı “qızıl ilə əvəzləmək” təklifi ilə çıxış eləmişdi./Hurriyyet.org