Putinin helikopteri necə atəşə tutuldu? - Gizli tarix

Baxış sayı:
1927

Rusiya Prezidenti Vladimir Putin haqqında çəkilən “Putin” filmində o zaman Çeçenistanda özünün də olduğu helikopterin atəşə tutulmasından danışıb.
Muxalifet.az xəbər verir ki, 2000-ci ilin dekabrın 31-i gecəsi prezident səlahiyyətlərini icra edən Putin hərbçiləri Yeni il münasibətilə təbrik etmək və onları tətlif etmək üçün Çeçenistana yollanıb.
Belə ki, filmdə Ramzan Kadırov Putini ilk dəfə elə həmin vaxt gördüyünü deyib:
“Yeni il gecəsi gördüm ki, o, hərbçilərin bayramını təbrik etmək üçün Qudermesə gəlib. Bizim üçün, respublika üçün qorxulu günlər idi. Helikopter enə bilmədi”.
Daha sonra filmin yaradıcısı Andrey Kondraşov bildirir ki, helikopterin enməsinə rəsmi səbəb kimi əlverişsiz hava şəraiti göstərilsə də, əsas səbəb helikopterin atəşə tutulması olub.
“Mən düşündüm ki, fişəng atılır. Axı yeni il gəlir. Lakin pilotlar dedi: Nə fişəng, bizi atəşə tuturlar”, - deyə Putin filmdə bildirib.