Putinin gəlməsini gözləyirik, hazırlıq gedir - Falih

Baxış sayı:
6988

Rusiya Prezidenti Vladimir Putinin oktyabr ayında Səudiyyə Ərəbistanına gəlməsini gözləyirik və bu səfər iki ölkə arasındakı əlaqələrin inkişafını sürətləndirəcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının Energetika naziri Xalid əl-Falih bildirib.
Falih iki il öncə də Putinin səfərinin iki ölkə arasında əməkdaşlığın inkişafına böyük güc qatdığını söyləyib.
Onun sözlərinə görə, Putinin səfəri zamanı gözlənilən ikitərəfli viza rejiminin sadələşdirilməsi üçün hazırlıq işləri davam etdirilir.