​Putinin açıqlamasını qəbul etmirik - NATO

Baxış sayı:
2767

Rusiyanın ittifaq ölkələrini təhdid edən açıqlamaları qəbuledilməzdir.
Muxalifet.az xəbər verir ki, bunu NATO sözçüsü Oana Lunqesku deyib.
“Bu açıqlama gərginliyi azalda bilməz. Biz yenidən Soyuq müharibə, yaxud yeni bir silahlanma yarışı istəmirik. Bütün müttəfiq dövlətlər etibarlı və təhlükəsiz anlaşmaları dəstəkləyir”, - Lunqesku bildirib.
Qeyd edək ki, Putin ölkəsinin dünyanın hər nöqtəsini vura biləcək yeni qitələrarası ballistik raket hazırladığını demişdi.