Putindən qadağa: O ölkəyə uçmayın!

Baxış sayı:
3043

Rusiyanın dövlət başçısı Vladimir Putin Gürcüstanda təşkil edilən Rusiya əleyhinə etirazlardan sonra Rus havayolu şirkətlərinin Gürcüstana uçmasını müvəqqəti qadağan edən fərman imzalayıb.
 
Fərmana görə, Rus havayolu şirkətlərinin Gürcüstana uçması 8 iyul etibarıyla müvəqqəti qadağan edilib.
Fərmanda, Gürcüstanda müvəqqəti olan Rusiya vətəndaşlarının Rusiyaya qayıtması üçün lazımlı dəstəyin təmin edilməsi təlimatı da verilib. Turizm operatoru olan şirkətlərə də Gürcüstana yönəlik gəzinti turları satışlarını dayandırma tövsiyəsi verilib.
 
TİFLİSDƏKİ HADİSƏLƏR
 
Qeyd edək ki, Gürcüstanda müxalifət və minlərlə adam Rusiya nümayəndə heyətininin 26-cı Ortodoks Parlamentlərarası Baş Assambleyasına qatılması və Rusiya millət vəkili Gavrilovun Parlament başçısının mövqeyindən danışmasına etiraz edərək Parlament qarşısında toplanmışdı.
Nümayişçilər dünən gecə saatlarında Tiflisdə Parlamenti mühasirəyə alaraq içəri girməyə çalışarkən, polislə aralarında toqquşma yaşanıb. Hadisə yerində sıx təhlükəsizlik tədbirlərini alan təhlükəsizlik gücləri isə etirazçıları dağıtmaq üçün bibər qazı, plastik güllə və təzyiqli su istifadə edib. Təhlükəsizlik gücləri səhər saatlarına qədər Tiflis prospektlərinə dağılmış etirazçıları nəzarətə alma əməliyyatını davam etdirib.
Yerli mətbuatdakı xəbərlərə görə, hadisələrdə aralarında polis, etirazçı və jurnalistlərin olduğu 240 adamın yaralandığı bildirilib. Yaralıların xəstəxanalarda müalicələri davam edir.
Müxalifət.az