Putindən polis qadınlara 8 mart sürprizi

Baxış sayı:
11335

Rusiya dövlət başçısı Vladmir Putin 8 mart – Beynəxalq Qadınlar Günü münasibətilə Moskvada atlı polis qadınların xidmət etdiyi I polis alayını ziyarət edib.
Muxalifet.az xəbər verir ki, Kreml rəhbəri polislərin dəvəti ilə ata minib və 16 atdan ibarət qrupa başçılıq edərək ərazidə müəyyən sıra ilə irəliləyib.
Putinin tünd qəhvəyi rəngli atda, polis qadınların isə ağ atlarda olması diqqət çəkib.
Daha sonra prezident özəl gün münasibəti ilə qadınları təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.