Putindən Kadırova cavab: “Xahiş edirəm, sakit olun...”

Rusiya Prezidenti Vladimir Putin son günlər Myanmada törədilən qətliama münasibət bildirib.
 
O, Rusiyanın bütün zorakılıqlara qarşı olduğunu deyib:
“Myanmadakı vəziyyəti nəzarət altına almağa çağırırıq”.
Putin Çeçenistan rəhbəri Ramzan Kadırovun səsləndirdiyi fikrə də münasibət bildirib:
“Çeçen rəhbərliyi ilə heç bir şəxsi-qərəzliyimiz yoxdur. Xahiş edirəm ki, hər kəs sakit olsun”.
Qeyd edək ki, avqustun 25-dən Myanma hökuməti tərəfindən müsəlmanlara qarşı törədilən qətliamlar nəticəsində azı min nəfər həlak olub.
Kadırov verdiyi açıqlamada deyib ki, Moskva rəhbərliyi Myanma hökumətini dəstəkləsə, o Rusiyanın yanında olmayacaq.