Putin və Netanyahunun “Suriya” bazarlığı: Çəkiləcəklər

Baxış sayı:
8833

Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Binyamin Netanyahu xarici döyüşçülərin Suriyadan çıxarılması mövzusunda ortaq bir razılaşma olduğunu açıqlayıb.
 
Qeyd edək ki, İsrailin baş naziri Binyamin Netenyahu Rusiyanın paytaxtı Moskvaya gəlib və Rusiyanın dövlət başçısı Vladimir Putin ilə görüşüb. Suriyadakı vətəndaş müharibəsini müzakirə edən iki lider, birlikdə işləmək qərarına gəlib. Qərara əsasən, Rusiya və İsrail Suriyadan xarici döyüşçüləri çıxarmaq üçün başqa ölkələrlə birlikdə bir qrup quracaqlar. Öyrənilən məlumatlara görə, iki lider qrupuı qurmaq üçün Suriyadakı müharibəyə daxil olan digər tərəflərlə təcili müzakirə ediləcəyini qəbul edib.
Görüşdən sonra Netanyahu Putinin Qüdsə səfər etmək üçün dəvəti qəbul etdiyini xatırladaraq görüşün yaxşı və məhsuldar olduğunu açıqlayıb. Netanyahu, "Aramızdakı birbaşa əlaqə heç bir problem və qarşıdurma olmadan bölgəmizdəki sabitliyi və təhlükəsizliyi təmin edir" deyib.
 Diplomatik qaynaqlar Putinin Suriyada İsrailin hərəkətlərini məhdudlaşdırmadığını iddia edir.
Müxalifət.az