PUTİN ÜNVAN GÖSTƏRDİ: “Terrorçuların meydan sulamasına onlar rəvac verirlər”

Baxış sayı:
3082

Muxalifət.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Beynəlxalq Təhlükəsizlik üzrə Ali Nümayəndələrin Soçidə keçirilən 9-cu konfransındakı çıxışında deyib: “Qlobal və regional səviyyədə təhlükəsizliyin təmin edilməsi problemləri bu gün xüsusilə kəskindir. Bunun əsas səbəblərindən biri də dünya ictimaiyyətinin bəzi üzvlərinin hamı tərəfindən qəbul edilmiş beynəlxalq norma və prinsiplərı getdikcə daha çox pozmağa çalışmalarıdır. Onlar BMT-nin Təhlükəsizlik Şurasını saya salmayaraq, hərbi qüvvənin tətbiqinə əl atır, beynəlxalq mübahisələrin həllinin əsas açarı olan danışıqlardan imtina edirlər.
Bu da, öz növbəsində, siyasi və sosial qeyri-sabitliyə səbəb olur, terrorçuluğun, ektemizmin, transmilli cinayət şəbəkələrinin işinə yarayır, onların fəaliyyətinə imkan yaradır, lokal münaqişə və böhranların alovlanmasına gətirir”.
 
Əməkdaşlığa hazırıq
 
“Qeyd etmək istərdim ki, Rusiya bu istiqamətdə - həm çoxtərəfli, həm də ikitərəfli formatlarda xarici tərəfdaşlarla sıx əməkdaşlığa hazırdır”./Hurriyyet.org