Putin Türkiyəyə gedir

Rusiya prezidenti Vladimir Putin sentyabrın 28-i Türkiyəyə səfər edəcək.
 
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə KİV diplomatik mənbələrə istinadən xəbər verir.
Məlumata əsasən, Putin və Ərdoğanın görüşü zamanı Suriya böhranı da daxil olmaqla, bir sıra məsələlərin müzakirə ediləcəyi gözlənilir.
Tərəflər görüş zamanı, həmçinin “Türk axını” və “Akkuyu” Atom elektrik Stansiyasının tikintisini də müzakirə edəcək.