Putin Serbiyada Ərdoğandan danışdı - "GƏLƏN HƏFTƏ..."

Baxış sayı:
6346

"Türk axını"na investisiya yatırmağa hazırıq.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin Belqrad səfərində Serbiya prezidenti Aleksandr Vuçiçlə görüşündə deyib.
Layihənin iki boru xətti vasitəsilə Rusiya təbii qazını Türkiyəyə və Cənub-Şərqi Avropa ölkələrinə çatdıracağını dəyərləndirən Putin Ərdoğanın səfərindən də danışıb: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da gələn həftə ziyarətimizə gələcək. Türkiyənin "Türk axını" məsələsindəki mövqeyini bilirik. Bu yöndə müsbət işlər var. Türkiyə Avropadakı tərəfdaşları ilə əlaqələrini inkişaf etdirməyə çalışır".