​Putin seçki kampaniyasına nə qədər xərcləyib?

Baxış sayı:
3689

Bu il Rusiyada keçiriləcək prezident seçkilərinə fərdi qaydada qatılacaq dövlət başçısı Vladimir Putin yanvarın 5-dək seçki fonduna daxil olan 400 milyon rubldan çox vəsaitin 13,4 milyon rublunu seçki kampaniyasına xərcləyib.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasından (MSK) bildiriblər.
MSK-nın məlumatlarına görə, V.Putinin seçki fonduna həmin vaxta qədər 400 milyon 30 min 934,98 rubl daxil olub, seçki fondundan xərclər isə 5 yanvar tarixinə 13 milyon 409 min 230,46 rubla bərabər olub.
Daha əvvəl MSK artıq seçki hesablarını açan 13 namizədin seçki fondlarının gəlir və xərclər bölmələri barədə məlumatlar yayıb. Məlumatlar 5 yanvar tarixinə əsasən verilir.
Xatırladaq ki, bundan əvvəl MSK fərdi qaydada prezidentliyə namizədlərin sənədlərinin qəbulunun başa çatdığını elan edib.