Putin, Rus tələbələri GERİ ÇAĞIRDI

Baxış sayı:
4006

Rusiya prezidenti Vladimir Putin, Böyük Britaniyada yaşayan Rus tələbələrini təcili olaraq Rusiyaya geri çağırıb.
 
Rusiya prezidenti Vladimir Putin, pozulan Rusiya-Britaniya münasibətlərindən sonra dünən verdiyi açıqlama ilə Böyük Britaniyada yaşan Rus tələbələri təcili olaraq Rusiyaya geri çağırıb. İngiltərədə yaşayan ikili casus Sergei Skripalın Londonda zəhərlənmə hadisəsindən sonra pozulan Rusiya-Britaniya əlaqələri kontekstində təhlükəsizlik səbəbilə Rusiyaya çağıran tələbələrin, London yerinə Sibirdə daha yaxşı təhsil imkanlarına malik olacaqları ifadə edilib. Rusiya rəsmiləri, son illərdə İngiltərəyə göndərilən uğurlu Rus tələbələrinin İngiltərədə təhlükədə olduğunu söyləyərək, “Gənclərimizin, İngiltərədə müxtəlif təxribatların və ya hücumların hədəfi olmalarından ciddi mənada narahatıq” deyə, bildirib. İngilis rəsmiləri isə, Rus tələbələrin iki ölkə arasındakı gərginlikdən əziyyət çəkməyəcəyini vurğulayaraq, tələbələrin inamla İngiltərədə təhsillərinə davam edə biləcəklərini açıqlayıb.
Müxalifət.az