Putin-Ərdoğan görüşü başladı: İlk açıqlamalar

Baxış sayı:
3238

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xüsusi təyyarə ilə saat 13.25-də Rusiyanın paytaxtı Moskvaya gəlib. Ərdoğanın Rusiya prezidenti Vladimir Putin ilə görüşü başlayıb. Ərdoğan və Putin təkbətək görüş öncəsi bəyanat verib.
 
Liderlər ikitərəfli görüşə keçməzdən əvvəl mətbuat qarşısında ilk açıqlamalarını veriblər:
Putin: Türkiyə ilə ikitərəfli əlaqələrimiz, xüsusilə də iqtisadiyyat sahəsində inkişaf etdiyini məmnuniyyətlə izləyirik. Beynəlxalq münasibətlərdə və qlobal problemlərlə bağlı Türkiyə ilə sıx əməkdaşlığımız var. İkitərəfli ticarət dövriyyəmiz 35 milyard dollar səviyyəsinə çatıb. İki ölkə arasında qərar verəcəyimiz çox sayda məsələ mövcuddur.
 
Ərdoğan: İstər ikitərəfli münasibətlər, istər regional problemlərlə bağlı aramızda bir görüş tranziti olacaq. 13 müqavilə aramızda imzalanacaq. Gələcəyə yönəlik bir addım atmış oluruq. Ticarət dövriyyəmizdə 15 faizlik artım var. Ticarətdə hədəf 100 milyard dollara çatmaqdır. Digər bir əhəmiyyətli addım da hazırda bölgədəki terror aktlarına qarşı atdığımız addımlardır. Suriyada atdığımız addımlar, atacağımız addımlar mühüm əhəmiyyət daşıyır. Bugünkü yüksək səviyyəli strateji şura iclası böyük əhəmiyyət kəsb edir.
İki liderin edəcəyi görüşdən sonra 8-ci Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası keçiriləcək.
Müxalifət.az