Putin nişangahda: QORXU YARADAN PAYLAŞMA

Baxış sayı:
3658

2018-ci ildə Rusiyada keçiriləcək Futbol üzrə Dünya Kubokunu hədəfə alan yeni bir plakat  yayımlayan terrorçular, stadionda partlayan bomba ilə birlikdə Vladimir Putini nişangahın ucunda göstərib.
 
Yaxın Şərqdə təzyiq hər keçən gün artarkən, yay aylarında Rusiyada keçiriləcək Futbol üzrə Dünya Kuboku ilə bağlı təhdidlər də artır. Ciddi təhlükəsizlik tədbirləri altında keçməsi gözlənilən nəhəng tədbir üçün təhdid mesajları da bitmək bilmir.
 
Daha əvvəl Messi, indi də Putin
 
Daha öncə Lionel Messini edam edilərkən göstərən plakatlar hazırlayan terror təşkilatı İŞİD, bu dəfə turnirin ev sahibi olan ölkənin başındakı şəxsi hədəf alıb. Rusiya prezidenti Vladimir Putinin adının yer aldığı və "kafir” deyə, bəhs edilən Putinə təhdid mesajı paylaşılıb.


 
 "Bədəlini ödəyəcəksən” mesajı
 
Stadionun görüntüsünü üzərində bomba partlayarkən göstərən və silahlı bir terrorçunun təsvir olunduğu plakat, Dünya Kubokunun keçiriləcəyi stadionlara hücum əlaməti daşımaqla bərabər, Rusiya prezidenti də nişangahın ucunda hədəf kimi göstərilib. Putinə xitabən "Öldürülən müsəlmanların bədəlini ödəyəcəksən” ifadəsi plakatda yer alıb.
 
Əvvəl Teleqram, sonra Twitter
 
Terror təşkilatının bu son plakatının ilk olaraq, Teleqram adlı şifrəli mesajlaşma applikasiya üzərində görüldüyü, ardından twitter kimi digər sosial media şəbəkəsinə keçdiyi bildirilib.
Müxalifət.az