Putin ən çox nədən utanır? - ÖZÜ AÇIQLADI

Baxış sayı:
8885

Rusiya prezidenti Vladimir Putin canlı yayımda xalqın suallarını cavablandırıb. 
Muxalifet.az ölkə.az-a istinadən xəbər verir ki, 2001-ci ildən ənənə halını alan bu canlı yayımda Putin maraqlı suallara cavab verib.
Rusiya lideri "Nə vaxt utandınız" sualına belə cavab verib: 
"Birdən birə yaşlı bir qadın gəldi, dizləri üstə çökdü. Mənə bir kağız uzatdı. Mütləq baxacağımı dedim və kağızı köməkçilərimə verdim. Amma o kağızı itirdilər. Bunu unutmayacağam. Bu hadisə yadıma düşəndə hələ də utanıram".
Bundan başqa, Putin ABŞ-Çin arasındakı ticarə müharibələri ilə bağlı suala "ABŞ-ın sanksiyaları Çinin inkişaf edən iqtisadiyyatını çökdürməyi nəzərdə tutub" cavabını verib.