​PUTİN məşhur şirkəti seçkiyə buraxmaqdan İMTİNA ETDİ

Baxış sayı:
658

Rusiyanın ən böyük sorğu şirkətlərindən biri olan “Levada Çentr” prezident seçkisi ilə bağlı sorğuların nəticələrini yaymaqdan imtina edib.
Muxalifət.az xəbər verir ki, bunu “Vedemosti” qəzetinə müsahibəsində şirkətin rəhbəri Lev Qudkov söyləyib.
O bunu şirkətin ölkədə rəsmən “xarici agent” kimi tanınması ilə əsaslandırıb.
Onun sözlərinə görə, məhz bu hal şirkətə seçki və referendumlarda iştiraka imkan vermir:
“Biz sorğuları keçirəcəyik, amma onun nəticələri yayımlanmayacaq. Qanunun pozulması cərimələnmə və şirkətin bağlanması deməkdir. Xarici agentlər haqqında qanun əvvəlcədən müstəqil informasiya mənbələrinin ləğvinə yönəlmişdi. Bizim sorğularımızın nəticəsi Ümumrusiya İctimai Fikrin Tədqiqatı Mərkəzinin keçirdiyi sorğuların nəticələrindən az fərqlənirdi”.