​PUTİN MAKRONA: "ALO!" "BU HÜCUMLAR AŞKAR ŞƏKİLDƏ..."

Baxış sayı:
2590

Putin Makrona: “Suriyaya hücum beynəlxalq hüququn aşkar şəkildə pozulmasıdır”
 
Muxalifət.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Emmanuel Makron ilə telefon danışığı zaman, Suriyaya edilən hücumların beynəlxalq hüququn bariz şəkildə pozulması olduğunu bildirib.
Kremldən verilən açıqlamaya görə, Putin ilə Makron telefonla söhbət ediblər. Söhbət zamanı ABŞ, İngiltərə və Fransanın birgə raket hücumundan sonra Suriyada vəziyyətin daha da pisləşməsindən bəhs edilib.
Putin bu hücum ilə beynəlxalq hüququn “ən bariz şəkildə pozulduğunu” və “ölkədəki böhranın siyasi yolla həll edilməsi məsələsini ağırlaşdığını” bildirib.
Putin hazırda Suriyada olan Kimyəvi Silahların Qadağanı Təşkilatının – OPCW mütəxəssislərinin öz vəzifələrini (Dumada kimyəvi hücum olduğu güman edilən bölgənin təhqiqatı) yerinə yetirmələrinin lazım olduğunu vurğulayıb.
Tərəflər BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarı və Soçidə həyata keçirilən Suriya Milli Dialoq Konqresində əldə edilən nəticələr çərçivəsində sülh görüşlərinin yenidən başladılması istiqamətindəki səylərinə davam edilməsi məsələsində razılaşıblar./ Hurriyyet.org