Putin Lukaşenkonun iqamətgahına gəldi - Foto

Baxış sayı:
4621

Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə qeyri-formal görüş keçiriblər.
Muxalifet.az xəbər verir ki, görüş Belarus liderinin iqamətgahında baş tutub.
Daha sonra görüşə Tacikistan lideri İmaməli Rəhman da qoşulub.
Hər 3 liderin Minskdə baş tutmuş II Avropa Oyunlarının bağlanış mərasimini ziyarət edəcəyi gözlənilir.
Qeyd edək ki, Putin Yaponiyanın Osaka şəhərində keçirilmiş G20 sammitindən Minskə gəlib.
Kreml rəhbəri yolüstü İrkutsk şəhərində sel fəlakəti zamanı dəymiş ziyanla maraqlanmış və bu yöndə müvafiq göstərişlərini vermişdi.